top of page
unsalhukuk2.jpg

50 İLLİK
TƏCRÜBƏ

Ünsal Hüquq Firması olaraq; Korporativ, İdman, Daşınmaz Əmlak, İcra və İflas, Ailə və Əmək Hüququ sahələrində müştərilərimizə uzun illər ərzində eyni standartda və yüksək keyfiyyətli xidmət göstərməkdən məmnunuq.

our_vision

HAQQIMIZDA

Ünsal Hüquq Bürosu, 1970-ci ildə İlhan Ünsal tərəfindən Ankarada əsası qoyulmuş, 2010-cu ildən bu yana isə Tuğhan Ünsal rəhbərliyində İstanbulda yüksək keyfiyyətli xidmət göstərməyə başlamış köklü bir hüquq bürosudur.


Büromuzun işləri Ticarət, İdman, Daşınmaz Əmlak, İcra və İflas, Ailə və Əmək Hüququ sahələrinə üzərində cəmləşmişdir. İxtisas sahələrimiz daxilində qanunvericilik və sahə təcrübələri ilə bağlı bütün dəyişiklikləri yaxından izləyirik və sahib olduğumuz təcrübə ilə müştərilərimizə dəstək oluruq.


Müştərilərimizi tərəf olduqları məhkəmə və icraat proseslərində təmsil etməklə yanaşı, fəaliyyət subyektləri üzrə danışıqların aparılması, müqavilələrin hazırlanması və risk analizlərinin həyata keçirilməsi də vəzifələrimizdəndir.


Büromuzun missiyası, Müştərilərimizin ehtiyaclarına, gözləntilərinə və hüquqlarına üstünlük verərək, preventiv hüquq prinsipinə uyğun olaraq biznes proseslərində qarşılaşa biləcəkləri riskləri əvvəlcədən proqnozlaşdırmaq və mümkün qədər aradan qaldırmaqda ibarətdir. Biz işimizin aparılmasında, peşəkar etikaya üstünlük verərək sürətli, şəffaf və birbaşa ünsiyyətdə olmaqla xidmət göstərməyi hədəfləyirik.


Büromuz güclü biznes tərəfdaşları sayəsində İstanbul və Ankarada təsis etdiyimiz ofislərlə yanaşı, ölkədəki bir çox şəhərdə və xarici ölkələrdə müştərilərimizi dəstəkləyə bilir.

practice_areas

FƏALİYYƏT SAHƏLƏRİ

 

Şirkətlərin təsis müqavilələri, əsasnamələri və tərəfdaşlıq müqavilələrinin hazırlanması / dəyişdirilməsi, səhmlərin özgəninkiləşdirilməsi və tərəfdaşlıq münasibətlərinin yaradılması və müqavilə proseslərinin həyata keçirilməsi və müqavilələrdən irəli gələn mübahisələrin həlli bizim büromuz tərəfindən təmin edilir.

 

Bizim büromuz milli və beynəlxalq bir çox şirkətin davamlı olaraq hüquq məsləhətçisi kimi fəaliyyət göstərir.

hand-shake.png

KORPORATİV HÜQUQ

 

 

Korporativ müqavilələrin, birləşmə və satın alma müqavilələrinin hazırlanması və müzakirə edilməsi, çıxış və nəzarət mexanizmləri, eləcə də azlıqların hüquqlarının qorunması üzrə
təcrübəli kadrlarımız var.

 

Bundan əlavə, birləşmə və satın almalar nəticəsində yaradılan yeni strukturlara öz fəaliyyət sahələrində mövcud qanuni tənzimləmələrə uyğunlaşa bilmələri üçün
hüquqi dəstək verilir.


Güclü biznes tərəfdaşlarımız sayəsində audit və yoxlama prosesləri də eyni dam altında da həyata keçirilə bilir.

puzzle.png

BİRLƏŞMƏ VƏ ƏLDƏ ETMƏ

Daşınmaz əmlak hüququndakı təcrübəmiz ilə müştərilərimizə məxsus daşınmaz əmlaklarla bağlı hər cür məhkəmə prosesləri diqqətlə izlənilir.

 

Müştərilərimiz tərəfindən satın alınması / icarəyə götürülməsi planlaşdırılan irimiqyaslı daşınmaz əmlaklar üçün hüquqi ekspertizalar və risk qiymətləndirmələri də bizim büromuz tərəfindən həyata keçirilir.


Bundan əlavə biz, müştərilərimizə Kirayə Hüququ ilə bağlı mübahisələrinin ən sürətli şəkildə həll edilməsi üçün dəstək göstəririk və onların qarşılaşa biləcəkləri risklərin proqnozlaşdırıla bilməyini təmin edirik.

home.png

DAŞINMAZ ƏMLAK HÜQUQU

 

Büromuz bu sahədə Türkiyədə aparıcı mövqe tutmaqla, peşəkar idmançı müqavilələrinin hazırlanması, müqavilələrdən irəli gələn mübahisələrin həlli və debitor borclarının toplanması ilə əlaqədar milli məhkəmə orqanları ilə yanaşı Tff,Tbf,Tvf və Fifa, Fiba, Cas, Bat Tff kimi təşkilatlara ediləcək müraciətlər üzrə müştərilərinə xidmət göstərir.


İdman Klublarına idmançı, məşqçi və sponsorluq müqavilələrinin hazırlanması və müqavilələrdə göstərilən prosesləri izlənilməsi və federasiyaların təlimatlarındakı dəyişikliklərə uyğunlaşmanın təmin edilməsi mərhələlərində xidmətlər təqdim olunur. Bundan əlavə, klub birləşmələri / satınalmaları və başqa bir yerə köçürülməsi ilə bağlı bir çox layihələr uğurla başa çatdırılmışdır.


Müştərimiz olan milli və beynəlxalq idarəetmə şirkətlərinin və onların strukturunda iştirak edən idmançıların vəkilliklərini edir, müqavilələrdən irəli gələn hüquqlarının və debitor borclarının toplanılması, klublarla danışıqların aparılması və mübahisələrin həlli üçün müraciətlərin edilməsini təmin edir.

basketball.png

İDMAN HÜQUQU

 

Ər-arvad arasında boşanma və boşanma ilə əlaqədar maliyyə mübahisələrinin ilk növbədə sülh yolu ilə həll edilməsi, bu mümkün olmadıqda, tərəflərin və xüsusilə də əgər varsa, uşaqların ən az təsirə məruz qalacağı, ailə qurumunun ən az zərər görəcəyi şəkildə, sürətli və yenidən
barışdırıcı bir yanaşma ilə hüquq orqanları qarşısında həll edilməsi təmin edilir.

family-silhouette.png

AİLƏ HÜQUQU

 

 

İşçilərlə işəgötürənlər arasındakı müqavilələrin bağlanması, əmək müqaviləsinə işçi və ya işəgötürən tərəfindən xitam verilməsi, ödənilməmiş əmək haqqlarının toplanması üçün qanuniəməliyyatların görülməsi kimi məsələlərdə müştərilərimizə dəstək göstəririk.

 

Bundan əlavə, müştərilərimizlə daim ünsiyyətdə olan komandamız sayəsində, xüsusilə də şirkətlərin əmək hüququ baxımından daim dəyişən qanuni tənzimləmələrə uyğunlaşması bizim tərəfimizdəntəmin edilir.

ƏMƏK HÜQUQU

settings.png

 

 

Tez-tez rast gəlinən murislərin razılaşması və vəsiyyətnamələrlə ilə əlaqədar işlərdəki
təcrübələrimizlə müştərilərimizin qanuni hüquqlarının qorunmasını təmin edirik.

 

Bundan əlavə, vərəsələr arasındakı digər hüquqi mübahisələrin həlli və köçürmə prosedurlarının izlənilməsi də bizim komandamız tərəfindən həyata keçirilir.

miras.png

VƏRƏSƏLİK HÜQUQU

 

 

Korporativ müştərilərimizin fəaliyyət sahələri çərçivəsində ödənilməmiş kommersiya debitor borçlarının toplanması üzrə əməliyyatlar ən uyğun və sürətli üsullarla həyata keçirilir. Bütün
proseslər müştərilərimizə ani bildirişlərlə və şəffaflıq prinsipimizə uyğun olaraq təqib edilir.

police-hat.png

İCRA HÜQUQU

 

Müştərilərimizin dövlət orqanları ilə olan hüquqi mübahisələrinin həlli üçün lazımi şikayət və müraciətlərin edilməsi, məhkəmə proseslərinin izlənilməsi və şirkətlərin qanuni tənzimləmələrə
uyğunluğunun təmin edilməsi üçün müştərilərimizə məsləhət veririk.

 

Vergi barəsində öz sahəsində güclü biznes tərəfdaşlarımız sayəsində müştərilərimizin problemlərini həll etməyə kömək edirik.

İNZİBATİ & VERGİ HÜQUQU

tax.png
unsalhukuk1.jpg
ATTORNEYS

BİOQRAFİYA

ilhanunsal-unsalhukuk.jpg

İLHAN ÜNSAL

Ankara Universiteti Hüquq Fakültəsini 1969-cu ildə bitirən İlhan Ünsal, 1970-ci ildə Ankarada Ünsal Hüquq Ofisini yaradıb.

 

İlhan Ünsal, xüsusilə Ticarət, Daşınmaz Əmlak və Rəqabət hüququ kimi sahələrdə karyerası boyunca iştirak etdiyi bir çox işdə müştərilərinin xeyrinəmühüm qərarların qəbul edilməsində mühüm rol oynayıb.


İlhan Ünsal, korporativ müştərilərinin iştirak etdiyi bir çox layihə ilə bağlı müqavilələrin hazırlanmasında və mübahisələrin həllində həlledici rol oynamışdır.
 

Uzun illər ərzində vəkil olduğu müştərilərinə hüquqi dəstək göstərməyə davam edən İlhan Ünsal, həmçinin öz təcrübəsi ilə ofisimizə rəhbərlik edir və gənc hüquqşünasların yetişdirilməsinə öz töhfəsini verir.


Ankara Universiteti Məzunlar Dərnəyinin və Avanos Təhsil və İnkişaf Dərnəyinin üzvü İlhan Ünsal evlidir və iki övladı vardır.


İlhan Ünsal Fransız dilini yaxşı bilir.

tughanunsal-unsalhukuk_edited.jpg

TUĞHAN ÜNSAL

Orta Şərq Texniki Universitetinin İnkişaf Vəqfi Məktəblərini 1998-ci ildə bitirən Tuğhan Ünsal, 2004-cü ildə Başkent Universiteti Hüquq Fakültəsini bitirmişdir. Təhsilini başa vurduqdan sonra o, Ünsal Hüquq Bürosunun tərkibinə daxil olmuş və bir çox tikinti, turizm və sığorta şirkətini təmsil etmişdir.

 

Tuğhan Ünsal, 2010-cu ildən bəri Ünsal Hüquq Bürosunun İstanbul ofisinin idarəsini həyata keçirir.


Korporativ Hüquq sahəsindəki təcrübəsi ilə milli və beynəlxalq şirkətlərin hüquq məsləhətçisi vəzifəsində işləyən Tuğhan Ünsal, əlavə olaraq fərdi müştərilərinə Daşınmaz Əmlak, İcra və İflas, Əmək və Ailə hüququ kimi məsələlər üzrə hüquqi dəstək göstərir.


Tuğhan Ünsal 2015-ci ildən bəri Türkiyə Basketbol Federasiyasının İntizam Komitəsinin üzvüdür.


İdman Hüququ sahəsində təcrübəyə malik olan Tuğhan Ünsal, 2013-cü ildən bəri Doğuş Holdinqin vəkili kimi, Daruşşafaka Cəmiyyəti əməkdaşlıq nəticəsində yaradılmış Darüşşafaka Doğuş Basketbol Klubunun hüquq məsləhətçisi kimi fəaliyyət göstərir.


Tuğhan Ünsal, habelə Petkim daxilində olan Aliağa Petkim İdman Klubunun da yaradılmasını da həyata keçirmiş və hazırda onun hüquq məsləhətçisi vəzifəsində işləməyə davam edir.

 

Bundan başqa o, bir çox klubu tərəf olduqları mübahisələrdə milli və ya beynəlxalq məhkəmə institutları qarşısında təmsil edir.


Tuğhan Ünsal, həmçinin milli və beynəlxalq idarəetmə şirkətlərini və bir çox peşəkar idmançını Türkiyədə təmsil edir.


İngilis dilini yaxşı bilən Tuğhan Ünsal evlidir və iki övladı vardır.

contact
unsalhukuk4_edited_edited.jpg

ANKARA OFİS

Meşrutiyet Caddesi No:28/12 06420 Kızılay/Ankara

E-poçt: info@unsalhukukburosu.com
Tel:  +90 312 417 35 35

İSTANBUL OFİS

Zencefil Sokak No:1/1 Konaklar Mahallesi 4.Levent Beşiktaş İstanbul

E-poçt: info@unsalhukukburosu.com

Tel:  +90 212 221 09 97

  • LinkedIn

ƏLAQƏ

Back to Top

YUXARIYA

bottom of page